Bank Of Baku

«A-Group» sığorta şirkəti ötən il daxilolmalarını 12% artırıb

«A-Group» sığorta şirkəti ötən il daxilolmalarını 12% artırıb
# 12 yanvar 2009 07:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «A-Group» sığorta şirkətinin 2008-ci il ərzində sığorta daxilolmalarının həcmi 7,766 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin analoji yekun göstəricisi ilə müqayisədə 12% çoxdur.
Şirkətin İdarə Heyətinin sədri Anar Bayramovun «APA-Economics»ə verdiyi məlumata görə, 2008-ci il ərzində toplanan sığorta haqları illik proqnozdan 3% az olub.
Həmçinin, ötən il ərzində şirkətin sığorta riskləri üzrə ödənişləri təxminən 2 dəfə azalaraq 3,33 mln. manat təşkil edib.
Sığorta daxilolmalarının strukturunda ən çox sığorta haqqı «Tibbi sığorta» növü üzrə (5,2 mln. manat) toplanıb ki, bu da məcmu sığorta haqlarının 70%-ni təşkil edib.
Eyni zamanda, risklər üzrə ödənişlərdə «Tibbi sığorta» növü üzrə 3,061 mln. manat həcmində ödəniş həyata keçirilib ki, bu da şirkətin ümumi ödənişlərinin 91,7%-ni təşkil edib.
Xatırladaq ki, təsisçisi bir yerli fiziki şəxs olan «A-Group» sığorta şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,550 mln. manat təşkil edib. Hazırda «A-Group» sığorta şirkəti 14 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR