Bank Of Baku

Azərbaycan bank sistemi üzrə ROA əmsalı ilbəil artır

Azərbaycan bank sistemi üzrə ROA əmsalı ilbəil artır
# 12 yanvar 2009 08:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların məcmu aktivlərinin gəlirlik əmsalı (Return of Assets – ROA) 2008-ci ilin yanvar-noyabr ayları üzrə 4,4% təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici 2007-ci ilin sonunda 4,2%, 2006-cı ilin yekununda isə 4% təşkil edib.
ROA əmsalı hər aktivin 1 manatının banka qazandırdığı mənfəətin məbləğini əks etdirir ki, ötən ilin ilk 11 ayında Azərbaycanda məcmu bank aktivlərinin 1 manatı 4,4 qəpik məbləğində mənfəət qazandırıb. Azərbaycanda bu göstərici dünya praktikasında qəbul olunan normadan aşağıdır və bu, yerli bankların fəaliyyətinin gəlirliyinin aşağı olduğunu göstərir.
Bunun səbəblərindən biri kimi bank sistemi üzrə gəlir və xərclərin qeyri-sağlam olmasını göstərmək mümkündür. Belə ki, faiz gəlirlərinin faiz xərclərindən üstün olduğu halda, qeyri-faiz gəlirləri qeyri-faiz xərclərindən azdır. Yəni, əgər faiz əməliyyatları, o cümlədən kreditləşmə üzrə banklar mənfəətlə işləyirsə, qeyri-faiz əməliyyatları, o cümlədən pul köçürmələri, mübadilə əməliyyatları, ödənişlərin yığımı və digər birbaşa kredit və investisiya fəaliyyəti ilə bağlı olmayan əməliyyatlar üzrə banklar zərər əldə edir. Nəticədə, bankların faiz xərcləri gəlirlərin 46%-ni, qeyri-faiz gəlirləri isə qeyri-faiz xərclərinin 85%-ni təşkil edir.
Qeyd edək ki, ROA əmsalının hesablanmasında bankların aktivlər üzrə xüsusi ehtiyatlara ayırmaları nəzərə alınmayıb. Bu ayırmalar nəzərə alınarsa, 2008-ci ilin yanvar-noyabr ayları üzrə ROA əmsalı 2,4%-ə düşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR