Bank Of Baku

Azərbaycanda yeni verilmiş kreditlərin həcmi 52% artıb

Azərbaycanda yeni verilmiş kreditlərin həcmi 52% artıb
# 12 yanvar 2009 10:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən yeni verilmiş kreditlərin həcmi 2008-ci ilin yanvar-noyabr ayları ərzində 8 850 mln. manat təşkil edib. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Milli Bankının hazırladığı «2008-ci ilin noyabr ayı üzrə kredit qoyuluşlarının vəziyyəti barədə İcmal»da bildirilir. Sənədə əsasən, bu göstərici 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 52,1% artıb.
İcmalda bildirilir ki, son bir ildə yeni verilmiş kreditlərin həcmi kredit borcları üzrə ödənişlərin məbləğini üstələyir və bunun nəticəsində kredit qoyuluşlarının xalis artımı 2 515,2 mln. manat təşkil edib. Nəticədə, kredit qoyuluşlarının qalığı dekabr ayının 1-nə 6 855,5 mln. manata çatıb.
Qeyd edək ki, dekabrın 1-nə cəmi kredit qoyuluşunun 97,5%-ni banklar, 2,5%-ni isə qeyri-bank kredit təşkilatları tərəfindən ayrılan kreditlər təşkil edib. Son bir ildə bankların kredit qoyuluşları 58,6%, qeyri-bank kredit təşkilatlarının kreditləri isə 36,4% artıb.
İcmalda həmçinin deyilir ki, 2008-ci ilin noyabr ayının yekunu üzrə özəl sektora ayrılan kreditlərin həcmi son bir ildə 58,8% artaraq 6 186.8 mln. manata çatıb və onların məcmu kredit qoyuluşlarında xüsusi çəkisi 90,2%-ə bərabərdir.
İcmala əsasən, 2008-cı ilin dekabrın 1-nə manatla kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 51,8%, xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi isə 48,2% təşkil edib. Banklar tərəfindən manatla verilən kreditlərin 24,1%-i, xarici valyuta ilə verilən kreditlərin 66,6%-i Azərbaycan Beynəlxalq Bankının payına düşür.
Sənədə əsasən, kredit qoyuluşlarında xarici valyuta ilə ayrılan kreditlərin xüsusi çəkisinin azalması bank depozitlərinin valyuta strukturunun manatın xeyrinə dəyişməsi ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR