Bank Of Baku

Fevralda «Bank of Baku»nun səhmdarlarının ümumi yığıncağı keçiriləcək

Fevralda «Bank of Baku»nun səhmdarlarının ümumi yığıncağı keçiriləcək
# 12 yanvar 2009 11:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin fevral ayının 25-də «Bank of Baku» Səhmdar Kommersiya Bankının (SKB) səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda bankın ötən ilki fəaliyyətinin yekunları, cari il üçün planlar, 2008-ci ildə əldə edilmiş mənfəətin bölüşdürülməsi və digər mühüm məsələlər müzakirə ediləcək.
Xatırladaq ki, «Bank of Baku» SKB 1994-cü il fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Ötən ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 185,149 mln. manat, kredit portfeli 153,773 mln. manat, depozit portfeli 145,616 mln. manat, məcmu kapitalı 25,521 mln. manat, o cümlədən nizamnamə kapitalı 6,8 mln. manat təşkil edib. Bankın respublika üzrə 15 filialı, 2 şöbəsi, 23 bankomatı və 226 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR