Bank Of Baku

«Bank Standard» «Bəxtiniz qızıl olsun» aksiyasının sonuncu tirajını keçirib

«Bank Standard» «Bəxtiniz qızıl olsun» aksiyasının sonuncu tirajını keçirib
# 12 yanvar 2009 11:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankı (SKB) müştəriləri üçün təşkil etdiyi «Bəxtiniz qızıl olsun» aksiyasının sonuncu tirajını keçirib.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, aksiyanın sonuncu tirajının uduşu bankın «Səkkizinci» filialının müştərisi, Bakı şəhəri sakini T.Əliyevaya nəsib olub. Lotereya oyunun şərtlərinə uyğun olaraq, qalibə Bakı şəhəri, Babək prospekti,10 ünvanında yerləşən 20 mərtəbəli yeni tikilən binada sahəsi 86 kv. metr olan 2 otaqlı mənzilin açarları təqdim olunacaq.
Həmçinin, tiraj zamanı «Bank Standard» müştəriləri üçün təşkil olunan aksiyaların bundan sonra da davam etdiriləcəyi bildirilib. Belə ki, bu il ərzində bankın yeni «Premier» depozit hesablarının sahibləri arasında uduşlu aksiyaların keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan və Azərbaycanın ən iri kommersiya banklarından olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Ötən ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 660,816 mln. manat, kredit portfeli 441,570 mln. manat, depozit portfeli 173,036 mln. manat, məcmu kapitalı 85,914 mln. manat, o cümlədən nizamnamə kapitalı 50 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR