Bank Of Baku

«MBASK» sığorta şirkəti keyfiyyət menecmenti sistemi üzrə ISO sertifikatı alıb

«MBASK» sığorta şirkəti keyfiyyət menecmenti sistemi üzrə ISO sertifikatı alıb
# 12 yanvar 2009 11:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «MBASK» sığorta şirkəti keyfiyyət menecmenti sistemi üzrə «Moody İnternational» şirkətindən ISO 9001:2000 sertifikatı alıb.
«APA-Economics»in məlumatına görə, «MBASK» sığorta şirkətinin Biznesin inkişafı və keyfiyyəti Departamentinin direktoru Rəhman Hacıyev bildirib ki, ISO 9001:2000 sertifikatı şirkətin keyfiyyətli idarəetmə sistemini təkmilləşdirən, həmçinin şirkətin beynəlxalq standartlara uyğunluğunu, eyni zamanda yüksək keyfiyyətli sığorta xidmətlərinin göstərilməsini təsdiqləyən sənəddir.
Qeyd edək ki, «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) və fiziki şəxslər daxildir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR