Bank Of Baku

«Merrill Lynch»: Bu il qızılın bahalaşması davam edəcək

«Merrill Lynch»: Bu il qızılın bahalaşması davam edəcək
# 12 yanvar 2009 12:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünyanın ən iri maliyyə idarəetməsi və konsaltinq şirkətlərindən biri olan «Merrill Lynch»in ekspertləri 2009-cu ilin ortalarında beynəlxalq birjalarda qızılın 1 unsiyasının qiymətinin 1 150 dollaradək yüksələcəyini proqnozlaşdırırlar. «APA-Economics»in məlumatında görə, «Merrill Lynch»in analitikləri hesab edirlər ki, digər aktivlər, o cümlədən səhm və s. qiymətli kağızlarla müqayisədə, qızıl investorlar üçün daha təhlükəli və likvid aktiv olaraq qalmaqdadır. Hazırda Avropada qızılın alınmasına yönəldilən müraciətlər və tələbat daha artıqdır. Bunu nəzərə alaraq, «Merrill Lynch» qızılın qiymətinin həm inflyasiya, həm də deflyasiya şəraitində artacağını proqnozlaşdırır. Eyni zamanda, aparıcı ölkələrdə iqtisadi böhrana qarşı tədbirlər nəticəsində maliyyə bazarlarında yarana biləcək qeyri-müəyyənlik qızılın bahalaşması prosesini daha sürətləndirə bilər. Bundan başqa, dolların mümkün zəifləməsinin də qızılın bahalaşmasına təsir göstərəcəyi gözlənilir.
«Merrill Lynch»in proqnozlarına görə, sadalanan amillər nəticəsində, yaxın vaxtlarda qızılın qiymətinin yenidən tarixi maksimuma (1 030 dollar/unsiya – mart, 2008-ci il) çatacağı, iyunda isə hətta 1 150 dollar səviyyəsinə kimi yüksələcəyi gözlənilir.
Qeyd edək ki, yanvarın 9-da dünya bazarlarında qızılın qiyməti 855 dollar təşkil edib. Analitiklərin fikrincə, qızılın bahalaşması tendensiyası artıq 8 ildir davam edir. Nəticədə, 2001-ci ilin göstəriciləri ilə müqayisədə qızıl təxminən üç dəfə bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR