Bank Of Baku

«AIG Caspian İnsurance» ötən il sığorta ödənişlərini 9 dəfə artırıb

«AIG Caspian İnsurance» ötən il sığorta ödənişlərini 9 dəfə artırıb
# 12 yanvar 2009 13:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «American İnternational Group Caspian İnsurance» (AIG Caspian İnsurance) Azərbaycan-ABŞ sığorta şirkətinin 2008-ci ildə topladığı sığorta haqlarının həcmi 1,625 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin analoji göstəricisi ilə müqayisədə 21,4% azdır.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 9,4 dəfə artaraq 177,311 min manata çatıb.
Sığorta daxilolmalarının strukturunda ən çox sığorta haqqı «Mülki məsuliyyət sığortası» (921,828 min manat) və «Əmlak sığortası» (620,949 min manat) növləri üzrə toplanıb. Bu sığorta növlərinin məcmu sığorta daxilolmalarında xüsusi çəkisi müvafiq olaraq 56,7% və 38,25% təşkil edib.
Ödənişlərdə isə ən yüksək paya «Əmlak sığortası» (154,967 min manat) növü malik olub. Ümumi ödənişlərdə bu sığorta növünün xüsusi çəkisi 87,4% təşkil edib.
Qeyd edək ki, ötən il ərzində şirkətin əldə etdiyi mənfəətin həcmi 40% azalaraq 96 min manat olub.
Xatırladaq ki, «AIG Caspian İnsurance» sığorta şirkəti Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda yerli «Caravan İnvestment» (51%) və ABŞ-ın «American International Group İnc.» (49%) çıxış edir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 3,5 mln. manat təşkil edib. Hazırda şirkət 7 könülü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR