Bank Of Baku

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri USAİD-in qiymətləndirici missiyasının üzvlərini qəbul edib

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri USAİD-in qiymətləndirici missiyasının üzvlərini qəbul edib
# 12 yanvar 2009 14:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı Bakıda səfərdə olan ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) missiyasının üzvləri, kapital bazarları üzrə eksperti Bill Boltoviç və ticarət və investisiya layihəsinin rəhbəri Con Karkanı qəbul edib.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, görüş çərçivəsində R.Aslanlı qeyd edib ki, USAİD-in missiyası zamanı Azərbaycan qiymətli kağızlar bazarının inkişafı üzrə üç mərhələli ciddi dəyişikliklər nəzərdə tutulub. Bunlar, mövcud normativ bazanın təhlili, bazarın infrastrukturunun qiymətləndirilməsi, USAİD-in ekspertlərinin rəyi və tövsiyələri əsasında inkişaf hədəflərinin müəyyənləşdirilməsi, tənzimləyici mexanizmlərin təkmilləşdirilməsidir. Beləliklə, qiymətləndirici missiyanın fəaliyyəti nəticəsində qiymətli kağızlar bazarının inkişafı modeli hazırlanacaq, USAİD ilə QKDK arasında əməkdaşlıq imkanları genişləndiriləcək.
Bundan başqa, tərəflər bu ilin aprel ayında Londonda təşkil olunacaq növbəti görüşlərin gündəliyini müzakirə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR