Bank Of Baku

Azərbaycanın birja bazarı ötən həftə dolların kəskin bahalaşması ilə yadda qalıb

Azərbaycanın birja bazarı ötən həftə dolların kəskin bahalaşması ilə yadda qalıb
# 12 yanvar 2009 14:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın ABŞ dolları üzrə birja valyuta bazarının dövriyyəsi ötən həftə (yanvarın 5-9-da) 8,9 mln. dollar təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 13,5 dəfə azdır. «APA-Economics»in məlumatına görə, dövriyyənin gündəlik göstəriciləri aşağıdakı kimi olub:




Ötən həftə ərzində dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində aparılan ticarət əməliyyatlarının orta göstəricisi) 0,8013 manatdan 0,8504 manatadək dəyişib, yəni bu müddət ərzində dolların məzənnəsinin 6,1% artıb. Qeyd edək ki, bununla belə həftə ərzində rəsmi məzənnə 0,03%, nağd alış məzənnəsi (banklar üzrə orta göstərici) 0,15%, nağd satış məzənnəsi isə 0,1% yüksəlib:




Göründüyü kimi, yanvarın 8-də və 9-da birjada həddindən artıq yüksək məzənnə ilə dolların alqı-satqısı üzrə bir neçə əqd bağlanılıb ki, bu da (yəni, yüksək məzənnə) bazarda kəsir şəraitində hər hansı bank və ya bankların ABŞ dollarına kəskin tələbatı ilə izah oluna bilər. Aydındır ki, yalnız bu cür vəziyyət dolların 6%-dən artıq bahalaşmasına gətirib çıxara bilərdi.
Qeyd etmək lazımdır ki, həmin iki ticarət günündə birja məzənnələri Milli Bankın rəsmi məzənnəsində əksini tapmayıb, bu da keçirilən əqdlərin və qeydə alınmış məzənnələrin hər hansı makroiqtisadi əsasının olmadığını göstərir. Başqa sözlə, məzənnənin artması spekulyativ meyllərin təsiri altında bir neçə əqdin gedişi zamanı baş verərkən, birdəfəlik hadisə olub və Milli Bankın məzənnə siyasətinin dəyişməsinə səbəb olmayıb. Hətta, göründüyü kimi, birjada əqdlər və qeydə alınmış yüksək məzənnə nağd bazara da təsir etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR