Bank Of Baku

AGBI indeksi 1,0003, ANBDI indeksi isə 1,0001 təşkil edib

AGBI indeksi 1,0003, ANBDI indeksi isə 1,0001 təşkil edib
# 13 yanvar 2009 06:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 2009-cu ilin yanvar ayının 13-nə 0,0005 bənd və ya 0,05% azalaraq 1,0003 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi 0,0003 bənd və ya 0,03% azalaraq 1,0004 təşkil edib.
İndekslərin azalması gündəlik korrektə çərçivəsində baş verib.
Qeyd edək ki, bu gün dövlət istiqrazlarının iki buraxılışı üzrə 9,1 mln. manat həcmində ödəniş aparılacaq və bu buraxılışlar dövriyyədən çıxarıldığına görə, artıq sabah AGBI indeksinin azalacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR