Bank Of Baku

Azərbaycan Kredit Zəmanət Fondunun yaradılmasını başa çatdırır

Azərbaycan Kredit Zəmanət Fondunun yaradılmasını başa çatdırır
# 13 yanvar 2009 07:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda bank təşkilatları üçün nəzərdə tutulan Kredit Zəmanət Fondunun (KZF) yaradılması prosesi başa çatmaq üzrədir. Ölkə hökuməti bu layihəni Almaniya İnkişaf Bankı (KfW) ilə birlikdə həyata keçirir. Bu barədə «APA-Economics»ə KfW-nın Bakı ofisinin mütəxəssisi Natiq Abdullayev məlumat verib.
N.Abdullayevin sözlərinə görə, Fondun fəaliyyətə başlaması üçün xarici banklar Azərbaycan bankları ilə əməkdaşlıq etməyə maraq göstərməlidir: «Hazırda məsləhətçilər xarici bankları Azərbaycanın bank sektoruna cəlb etmək üçün danışıqlar aparır ki, bu da onlar üçün elə də asan gəlmir. Belə ki, dünyada müşahidə olunan maliyyə böhranı bu prosesi bir qədər ləngidir. Xarici bank cəlb olunan kimi Fondun real fəaliyyətə başlayacağı gözlənilir».
Qeyd edək ki, Azərbaycan və Almaniya hökumətləri arasında KZF-nin yaradılmasına dair saziş 2007-ci ilin fevral ayında Berlində imzalanıb. Kredit Zəmanət Fondu əsasən güzəştli kredit almaq istəyən şəxslərə xidmət edəcək. Fondun ilkin kapitalının formalaşdırılması üçün KfW tərəfindən 4 mln. avro həcmində qrant ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR