Bank Of Baku

Azərbaycanın bank sektorunda faktorinq əməliyyatları kəskin azalıb

Azərbaycanın bank sektorunda faktorinq əməliyyatları kəskin azalıb
# 13 yanvar 2009 07:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan bankları tərəfindən aparılan faktorinq əməliyyatlarının həcmi 2008-ci ilin dekabrın 1-nə 0,58 mln. manat təşkil edib. «APA-Economics»in məlumatına görə, Azərbaycan Milli Bankının hesabatına əsasən, faktorinq əməliyyatlarının həcmi noyabr ayında 97,2%, ötən ilin əvvəlindən isə 94% azalıb.
Qeyd edək ki, bankların sənədli kreditləşmə əməliyyatlarından biri olan faktorinq əməliyyatları müştəri tərəfindən onun debitor borcunun banka diskontla satılmasını nəzərdə tutur.
Eyni zamanda, banklar tərəfindən akkreditivlərin verilməsi ilin əvvəlindən 2,9 dəfə artıb, noyabr ayında isə 0,6% azalıb və dekabrın 1-nə 37,14 mln. manat təşkil edib. Akkreditiv əməliyyatlar çərçivəsində bank mal alıcısının əvəzində mal satıcısına pul ödəyir, ödənilən məbləğ isə bank tərəfindən alıcıya kredit kimi hesablanır.
Bundan başqa, banklar tərəfindən verilən zəmanətlər üzrə kredit əməliyyatlarının həcmi dekabrın 1-nə 0,1 mln. manata bərabər olub. Qeyd edək ki, banklar ötən ilin əvvəlinə 17,37 mln. manat məbləğində zəmanətlər verib, noyabrın 1-nə isə bu göstərici sıfıra bərabər olub. Zəmanət əməliyyatları çərçivəsində bank ödəniləcək məbləğin ödənilməsi barədə zəmanət verir, bu da sənədləşmiş bank öhdəliyi şəklində rəsmiləşdirilir.
Bank sənədli kreditləşmə əməliyyatları dünya praktikasında çox geniş istifadə olunan əməliyyatlardır ki, bu əməliyyatlar ticarət, o cümlədən xarici ticarət və istehsalat sahələrində nağdsız hesablaşmaları təmin edən maliyyə alətidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR