Bank Of Baku

«Günay Anadolu» sığorta şirkətinin daxilolmaları ötən ildə iki dəfə artıb

«Günay Anadolu» sığorta şirkətinin daxilolmaları ötən ildə iki dəfə artıb
# 13 yanvar 2009 07:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Günay Anadolu» Azərbaycan-Türkiyə sığorta şirkətinin 2008-ci il ərzində topladığı sığorta haqlarının həcmi 2,280 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin analoji dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.
«Günay Anadolu» sığorta şirkətindən «APA-Economics»ə verilən məlumat görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 66,2% azalaraq 172,929 min manat olub.
Toplanan sığorta haqlarında ən çox daxilolma «Əmlak sığortası» (1,231 mln. manat) növünün payına düşüb.
Sığorta ödənişlərinin strukturunda isə ən çox ödəniş «Avtonəqliyyat vasitələrinin sığortası» (82,682 min manat), «Əmlak sığortası» (52 min manat) və «Tibbi sığorta» (30,871 min manat) növləri üzrə ödənilib.
Qeyd edək ki, ötən il ərzində şirkətin əldə etdiyi mənfəətin həcmi 10 min manat olub.
Xatırladaq ki, «Günay Anadolu» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Bu ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 806,5 min manat təşkil edib. Hazırda şirkət 2 icbari və 18 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR