Bank Of Baku

«Azərqarant» sığorta şirkəti ötən il daxilolmalarını 43% artırıb

«Azərqarant» sığorta şirkəti ötən il daxilolmalarını 43% artırıb
# 13 yanvar 2009 08:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərqarant» sığorta şirkətinin 2008-ci il ərzində topladığı sığorta haqlarının həcmi 1,059 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin analoji göstəricisi ilə müqayisədə 43,1% çoxdur.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 25,8% azalaraq 139,150 min manat təşkil edib.
Şirkətin sığorta haqlarının strukturunda ən çox vəsait «Fərdi qəza və xəstəliklər sığortası» (452,676 min manat) və «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (286,757 min manat) üzrə daxil olub. Bu iki sığorta növünün məcmu daxilolmalarda xüsusi çəkisi müvafiq olaraq 42,7% və 27% təşkil edib.
Ödənişlərdə isə ən çox vəsait «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (51,022 min manat), «Tibbi sığorta» (33,533 min manat) və «Fərdi qəza və xəstəliklər sığortası» (25,946 min manat) növləri üzrə ödənilib.
Qeyd edək ki, təsisçisi bir fiziki şəxs olan «Azərqarant» sığorta şirkəti 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edib. Hazırda şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR