Bank Of Baku

Azərbaycanın rəsmi valyuta ehtiyatları ötən il 53% artıb

Azərbaycanın rəsmi valyuta ehtiyatları ötən il 53% artıb
# 13 yanvar 2009 09:38 (UTC +04:00)
AMB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində milli valyutanın (manat) ABŞ dollarına qarşı rəsmi məzənnəsi 0,0443 manat və ya 5,24% möhkəmlənib.
Xatırladaq ki, Azərbaycanın rəsmi valyuta ehtiyatlarının həcmi noyabr ayında 0,6% artaraq dekabrın 1-nə 5 348,6 mln. dollar təşkil edib. Oktyabrda isə valyuta ehtiyatları 2,3% azalıb:




Göründüyü kimi, valyuta ehtiyatlarının azalması yalnız oktyabr ayında baş verib və bunun noyabrda davam etməməsi prosesin tendensiya xarakteri daşımadığını göstərir.
Azərbaycanın rəsmi valyuta ehtiyatlarının 60%-i ABŞ dolları, 30%-i avro, 10%-i isə funt sterlinqdə saxlanılır ki, bu valyutaların dünya bazalarında ucuzlaşması ehtiyatların həcminin azalmasına səbəb olur.
Qeyd edək ki, dünya maliyyə və iqtisadi böhranı zamanı digər ölkələrdən fərqli olaraq Azərbaycanda valyuta ehtiyatlarının azalması müşahidə olunmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR