Bank Of Baku

«Azal Sığorta» şirkəti ötən il sığorta ödənişlərini 31 dəfə azaldıb

«Azal Sığorta» şirkəti ötən il sığorta ödənişlərini 31 dəfə azaldıb
# 13 yanvar 2009 10:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azal Sığorta» şirkətinin 2008-ci ildə topladığı sığorta haqlarının həcmi 13,48 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin yekunları ilə müqayisədə 0,6% çoxdur.
«Azal Sığorta» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 31 dəfə azalaraq 26,681 min manat təşkil edib.
Şirkətin sığorta haqlarının strukturunda ən çox yığım «Hava gəmilərinin sığortası» (6,901 mln. manat) və «Üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası» (5,377 mln. manat) növləri üzrə olub.
Məcmu ödənişlərdə isə «Üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası» (20,243 min manat) və «Avtonəqliyyat vasitələrinin sığortası» (6,438 min manat) növləri liderlik edir.
Qeyd edək ki, təsisçisi «Azərbaycan Hava Yolları» QSC olan «Azal Sığorta» şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Bu ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edib. Hazırda «Azal Sığorta» şirkəti 12 könüllü və 2 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR