Bank Of Baku

Azərbaycan növbəti iqtisadi azadlıq renkinqində 99-cu yeri tutub

Azərbaycan növbəti iqtisadi azadlıq renkinqində 99-cu yeri tutub
# 13 yanvar 2009 10:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Heritage Foundation» beynəlxalq tədqiqat fondu tərəfindən hazırlanan növbəti illik iqtisadi azadlıq renkinqində Azərbaycan 179 ölkə arasında 99-cu yeri tutub. «APA-Economics»in məlumatına görə, iqtisadi azadlıq indeksi üzrə icmala əsasən, Azərbaycanın indeksi 58-ə bərabərdir.
Qeyd edək ki, 10 parametr (biznes, ticarət, büdcə, monetar, sərmayə, maliyyə, əmlak hüquqları, əmək azadlığı və s.) üzrə aparılan qiymətləndirmə nəticəsində maksimal indeks 100 bərabərdir və tərtib olunmuş renkinqdə ilk yeri Honkonq (indeks - 90) tutub.
Sonrakı yerlərdə Sinqapur (87,1), Avstraliya (82,6), İrlandiya (82,2) və Yeni Zelandiya (82) qərarlaşıb. Renkinqin sonunda Kuba (27,9), Zimbabve (22,7) və Şimali Koreya (20) yerləşir.
Qeyd edək ki, MDB ölkələrindən Ermənistan 31-ci (indeks 69,9), Gürcüstan 32-ci (69,8), Qırğızıstan 74-cü (61,8), Qazaxıstan 83-cü (60,1), Moldova 120-ci (54,9), Tacikistan 122-ci (54,6), Rusiya 146-cı (50,8), Özbəkistan 148-ci (50,5), Ukrayna 152-ci (48,8), Belarus 167-ci (45), Türkmənistan isə 169-cu (44,2) yeri tutub. Azərbaycanın yaxın qonşuları olan Türkiyə iqtisadi azadlıq renkinqində 75-ci (61,6), İran isə 168-ci (44,6) yerdə qərarlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR