Bank Of Baku

Azərbaycanda nağdsız avro bazarının 0,4%-i birjanın payına düşür

Azərbaycanda nağdsız avro bazarının 0,4%-i birjanın payına düşür
# 13 yanvar 2009 11:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın daxili valyuta bazarında avro üzrə aparılan əməliyyatların həcmi dekabrın 1-nə 5 264 mln. avro təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu həcmdən 18,5 mln. avro və ya cəmi 0,4% Bakı Banklararası Valyuta Birjasının payına düşüb. Bundan başqa, Açıq Banklararası Valyuta Bazarında 662,8 mln. avro həcmində əməliyyat aparılıb, daha 4 583 mln. avro isə banklar daxilində mübadilə əməliyyatları üzrə əsmiləşdirilib. Beləliklə, avro üzrə daxili valyuta bazarının 87,1%-i bankdaxili əməliyyatlar, 12,6%-i açıq bazar, 0,4%-i valyuta birjasının payına düşür.
Qeyd edək ki, 2007-ci ilin yanvar-noyabr ayları ərzində avro ilə aparılan əməliyyatların həcmi 1 877 mln. avro təşkil edib. Bunun 88,4%-i bankdaxili əməliyyatlar, 10,6%-i açıq bazar əməliyyatları, 1%-i isə birja əməliyyatlarının payına düşür. Göründüyü kimi, bazarın seqmentləri üzrə bölgü təxminən eyni səviyyədə qalıb.
Bununla belə, 2008-ci ilin 11 ayı ərzində daxili valyuta bazarının ümumi həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə artıb. Onun tərkib hissələri olan bankdaxili əməliyyatlar 2,8 dəfə, açıq bazar əməliyyatları 3,3 dəfə artığı halda, birja əməliyyatlarının həcmi 0,5% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR