Bank Of Baku

«Azərbaycan Kredit Bankı» ötən il aktivlərini 14% artırıb

«Azərbaycan Kredit Bankı» ötən il aktivlərini 14% artırıb
# 13 yanvar 2009 12:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Kredit Bankı» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 26,908 mln. manat təşkil edib ki, bu da ötən ilin yanvar ayının 1-nə olan analoji göstərici ilə müqayisədə 13,7% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 16,4% genişlənərək 26,102 mln. manata, depozit portfeli 77,4% artaraq 4,835 mln. manata çatıb.
Hesabat ilində bankın məcmu kapitalı 6,4% artaraq 11,914 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10,205 mln. manat təşkil edib.
Qeyd edək ki, ötən il ərzində bankın gəlirləri 39,9% artaraq 5,199 mln. manat, xərcləri isə 46,3% artaraq 4,453 mln. manat olub. Nəticədə, «Azərbaycan Kredit Bankı»nın 2008-ci ildə mənfəəti 21,8% artaraq 1,062 mln. manat, xalis mənfəəti isə 10,7% artaraq 746 min manat təşkil edib.
Həmçinin, bu dövr ərzində bankın işçilərinin sayı 6,2% artaraq 51 nəfərə, orta aylıq əmək haqqı isə 34% artaraq 1 274 manata çatıb.
Xatırladaq ki, təsisçisi 11 fiziki şəxs olan «Azərbaycan Kredit Bankı» SKB 2005-ci ildən fəaliyyət göstərir. Hazırda bankın 1 bankomatı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR