Bank Of Baku

Azərbaycanda xarici valyutada kredit götürmək borcalan üçün daha faydalıdır

Azərbaycanda xarici valyutada kredit götürmək borcalan üçün daha faydalıdır
# 13 yanvar 2009 13:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları üzrə manatla verilən kreditlərin orta faiz dərəcəsi ötən ilin dekabrın 1-nə illik 18,08% təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumatına görə, bu göstərici son bir il ərzində 0,62 faiz bəndi, ötən ilin əvvəlindən isə 1,11 faiz bəndi artıb.
Eyni zamanda, hüquqi şəxslərə manatla verilən kreditlər üzrə orta faiz dərəcəsi illik 15,88% təşkil edib ki, bu da həmin göstəricinin il ərzində 0,09 faiz bəndi, ilin əvvəlindən isə 0,75 faiz bəndi artdığını göstərir.
Fiziki şəxslərə manatla verilən kreditlərin orta faiz dərəcəsi 21,35% təşkil edib. İl ərzində bu göstərici 1,05 faiz bəndi, ilin əvvəlindən isə 1,06 faiz bəndi artıb.
Xarici valyutada verilən kreditlərin orta faiz dərəcəsi il ərzində 2,36 faiz bəndi, ilin əvvəlindən isə 1,94 faiz bəndi enərək dekabrın 1-nə 14,32% təşkil edib. Hüquqi şəxslərə xarici valyutada verilən kreditlərin faiz dərəcəsi isə 11,93% təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,22 faiz bəndi, ötən ilin əvvəli ilə müqayisədə isə 1,79 faiz bəndi azdır. Fiziki şəxslər üzrə bu göstərici son bir il ərzində 0,28 faiz bəndi, ilin əvvəlindən isə 0,36 faiz bəndi azalaraq 21,34%-ə düşüb:

 

Kreditlər üzrə orta

Hüquqi şəxslər üzrə

Fiziki şəxslər üzrə

 

Manatla

 

Xarici

valyuta ilə

Manatla

 

Xarici

valyuta ilə

Manatla

 

Xarici

valyuta ilə

01.12.07

17.46

16.68

15.79

14.15

20.30

21.62

01.01.08

16.97

16.26

15.13

13.72

20.29

21.70

01.02.08

17.49

16.17

15.79

13.78

20.44

21.22

01.03.08

17.62

16.65

15.72

14.24

20.79

21.31

01.04.08

17.71

17.87

15.85

16.20

20.84

21.06

01.05.08

17.89

16.61

16.01

14.37

20.96

20.89

01.06.08

17.94

14.07

15.86

11.51

21.05

20.61

01.07.08

17.76

14.11

15.55

11.52

20.94

21.05

01.08.08

18.21

14.10

15.95

11.71

21.38

21.38

01.09.08

18.22

14.67

16.00

11.92

21.25

21.40

01.10.08

18.25

14.70

16.10

11.98

21.21

21.50

01.11.08

17.99

14.89

15.92

12.46

21.12

21.41

01.12.08

18.08

14.32

15.88

11.93

21.35

21.34



Göründüyü kimi, fiziki şəxslərə həm manat, həm valyuta ilə verilən kreditlər üzrə faiz dərəcələri eyni səviyyədədir. Lakin nəzərə alınmadır ki, manatın xarici valyutalara qarşı məzənnəsi müəyyən dərəcədə dəyişib. Belə ki, ötən il ərzində dolların manata qarşı ucuzlaşması 5,24%, avronun manata qarşı ucuzlaşması isə 9,29% təşkil edib.
Qeyd edək ki, banklar kreditlərini ya manatla, ya da dollar və avro ilə verir. Beləliklə, dollarla verilən kreditin məbləği il ərzində manat ifadəsində 5,24%, avro ilə verilən kreditin məbləği isə 9,29% azalıb. Bu da kredit götürən şəxs üçün əlverişli olsa da, banklar üçün zərərlidir. Beləliklə, kreditin dollar və ya avroda götürülməsi (onun manatla istifadəsi şərti ilə) manatla olan kreditlərdən daha faydalıdır. Eyni zamanda, hüquqi şəxslər üçün valyuta kreditlərinin faiz dərəcələri hətta manat ekvivalentindən aşağıdır ki, bu da valyuta kreditlərini daha da əlverişli edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR