Bank Of Baku

«DekaBank»ın martda yeni regional filialı açılacaq

«DekaBank»ın martda yeni regional filialı açılacaq
# 14 yanvar 2009 07:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DekaBank» Səhmdar Kommersiya Bankının (SKB) növbəti yeni filialının bu ilin mart ayında istifadəyə verilməsi planlaşdırılır. Yeni filial respublikanın Şəmkir rayonunda açılacaq və burada müştərilərə bütün bank xidmətləri göstəriləcək. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Niyazi Vəliyev bildirib.
N.Vəliyevin sözlərinə görə, bankın 2008-2010-cu illər üçün hazırladığı strateji plana uyğun olaraq, 2009-cu ildə həmçinin Bakı şəhərində iki, Gəncədə isə bir filialın açılması nəzərdə tutulub.
Qeyd edək ki, hazırda bankın respublika üzrə 6 filialı fəaliyyət göstərir və bunun 2-si regionda (Bərdə və Sumqayıt) yerləşir.
Xatırladaq ki, «DekaBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Ötən ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 27,414 mln. manat, depozit portfeli 5,876 mln. manat, kredit portfeli 23,795 mln. manat, məcmu kapitalı 11,323 mln. manat, o cümlədən nizamnamə kapitalı 9,594 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR