Bank Of Baku

«United Credit Bank» ötən il vergi ödənişlərini 42% artırıb

«United Credit Bank» ötən il vergi ödənişlərini 42% artırıb
# 14 yanvar 2009 07:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «United Credit Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 32,351 mln. manat təşkil edib ki, bu da 2008-ci ilin analoji dövrü ilə müqayisədə 35,9% çoxdur.
Bankın İdarə Heyətinin sədr müavini Vahid Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə bankın kredit portfeli 20,3% artaraq 21,049 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 0,8% artaraq 9,064 mln. manata çatıb.
Hesabat ilində bankın depozit portfeli 7,1% azalaraq 7,442 mln. manat, məcmu kapitalı 2,3% artaraq 13,506 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 12,108 mln. manat təşkil edib.
Qeyd edək ki, ötən il bankın gəlirləri 38% artaraq 4,873 mln. manat, xərcləri isə 46% artaraq 4,582 mln. manat olub. Nəticədə, bankın mənfəəti 26% azalaraq 291 min manat, xalis mənfəəti isə 5,4% azalaraq 194 min manat təşkil edib.
Bu müddət ərzində bankın ümumi vergi ödənişlərinin həcmi 42% artaraq 311,574 min manat, PR və marketinq xərcləri isə 2,2 dəfə artaraq 21,034 min manat təşkil edib.
Həmçinin, bu dövr ərzində bankın işçilərinin sayı 9,5% artaraq 92 nəfərə, orta aylıq əmək haqqı isə 48,4% artaraq 766 manata çatıb.
Təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Hazırda bakın respublika üzrə 5 filialı və 5 bankomatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR