Bank Of Baku

AGBI indeksi 1,0475, ANBDI indeksi isə 1,0001 təşkil edib

AGBI indeksi 1,0475, ANBDI indeksi isə 1,0001 təşkil edib
# 14 yanvar 2009 07:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 2009-cu ilin yanvar ayının 14-də 0,0472 bənd və ya 4,72% artaraq 1,0475 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi dəyişməz qalaraq 1,0001 təşkil edib.
AGBI indeksinin kəskin yüksəlməsi dövriyyədə olan istiqrazların həcminin artması nəticəsində baş verib. Belə ki, yanvarın 13-də dövlət istiqrazlarının 9,1 mln. manat həcmində iki buraxılışı ödəniş aparılmaqla dövriyyədən çıxarılıb və əvəzində 18,668 mln. manatlıq yeni buraxılış dövriyyəyə buraxılıb. Nəticədə, dövriyyədə olan həcm 9,568 mln. manat artıb ki, bu da indeksin yüksəlməsinə səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR