Bank Of Baku

Azərbaycan avrobondların emissiyası məqsədi ilə dünya maliyyə bazarını yenidən öyrənməli olacaq

Azərbaycan avrobondların emissiyası məqsədi ilə dünya maliyyə bazarını yenidən öyrənməli olacaq
# 14 yanvar 2009 09:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılması planlaşdırılan avrobondların emissiyasının həyata keçirilməsi üçün dünya maliyyə bazarını yenidən öyrənmək lazım gələcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı məlumat verib.
«Avrobondların emissiyasından öncə Azərbaycan yenidən dünya maliyyə bazarlarını nəzərdən keçirməlidir», - deyə R.Aslanlı vurğulayıb.
Qeyd edək ki, avrobondların emissiyası hələ 2007-ci ilin noyabr ayına planlaşdırılsa da, sonradan bu layihənin icrası 2008-ci ilədək təxirə salınıb. Ötən il Maliyyə Nazirliyi 500 mln. ABŞ dolları həcmində 5 il müddətinə avrobond emissiyasını həyata keçirməyi planlaşdırırdı və sonrakı mərhələdə buraxılış maliyyə böhranı səbəbindən yenidən təxirə salınıb. Avrobondların təqdimatı Nyu-York, London, Frankfurt, Sinqapur və Tokio birjalarında keçirilməsi də planlaşdırılırdı.
Avrobonların debüt buraxılışının meneceri kimi «Deutsche Bank AG London» və «Citigroup Global Markets Ltd.» şirkətləri çıxış edəcək, əsas hüquq məsləhətçisi isə «Arnold & Porter» şirkətidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR