Bank Of Baku

«Günaybank» ötən il mənfəətini 2,7 dəfə artırıb

«Günaybank» ötən il mənfəətini 2,7 dəfə artırıb
# 14 yanvar 2009 09:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Günaybank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 27,162 mln. manat təşkil edib ki, bu da ötən ilin yanvarın 1-nə olan analoji göstəricidən 19,4% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 32,7% artaraq 30,650 mln. manata, depozit portfeli isə 2% genişlənərək 9,154 mln. manata çatıb. Həmçinin, bu müddət ərzində bankın məcmu kapitalı 0,82% artaraq 10,716 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10,892 mln. manat təşkil edib.
Qeyd edək ki, ötən il ərzində bankın gəlirləri 31,9% artaraq 4,531 mln. manat, xərcləri isə 30,9% artaraq 4,462 mln. manat olub. Nəticədə, hesabat ilində bankın mənfəəti 2,7 dəfə artaraq 69,02 min manata çatıb.
Xatırladaq ki, təsisçisi 10 yerli fiziki şəxs olan «Günaybank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 1 filialı, 1 mübadilə məntəqəsi, 1 bankomatı və 1 POS-terminalı fəaliyyət göstərir. Bu ilin yanvar ayının 1-nə bankın işçilərinin sayı 41 nəfər, orta aylıq əmək haqqı isə 373 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR