Bank Of Baku

Azərbaycan «İnvestisiya fondları haqqında» qanun layihəsinə dəyişikliklər edəcək

Azərbaycan «İnvestisiya fondları haqqında» qanun layihəsinə dəyişikliklər edəcək
# 14 yanvar 2009 09:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən hazırlanmış «İnvestisiya fondları haqqında» qanun layihəsinin işlənməsi prosesi tamamlanmaq üzrədir. Bu barədə «APA-Economics»ə QKDK-nın sədri Rüfət Aslanlı məlumat verib.
R.Aslanlının sözlərinə görə, artıq qanun layihəsi üzrə hökumətdaxili müzakirələr keçirilib: «Qanun layihəsi dünya maliyyə böhranından öncə hazırlanıb və hazırda xarici tərəfdaşlarımız sənədə yenidən baxılması təklifi ilə çıxış edib ki, qanun layihəsi müəyyən dəyişikliklərə məruz qalacaq. Ümid edirəm ki, yaxın 2-3 ay ərzində qanun layihəsinin işlənməsi tamamlanacaq».
Qeyd edək ki, «İnvestisiya fondları haqqında» qanun investisiya fondlarının fəaliyyəti üçün tələb olunan əsas hüquqi sənəddir. Qanun layihəsinə investisiya fondlarının iki növü - səhmdar və paylı investisiya fondlarının fəaliyyəti haqqında müddəalar daxildir. Hazırda inkişaf edən ölkələrin bazarlarında əsasən paylı investisiya fondları (PİF) geniş yayılıb.
PİF-lərin fəaliyyəti fərdi investorlara payların satışından əldə olunan maliyyə vəsaitlərinin müxtəlif maliyyə və digər aktivlərin alınmasına yönəldilməsindən ibarətdir. Bu halda investor öz qazancını ona məxsus olan payın PİF-ə geri satışından (qaytarılmasından) əldə edir.
Onu da vurğulamaq vacibdir ki, Azərbaycanda investisiya fondları tərəfindən sərmayə qoyula biləcək istiqamət və alətlərin geniş olması nəzərdə tutulur. Yəni, bu yalnız qiymətli kağızlar deyil, digər aktivlər də ola bilər. Qanun layihəsində investorların hüquqlarının müdafiəsinə də xüsusi diqqət yetirilir.
Ekspertlər hesab edirlər ki, PİF-lərə yatırılan investisiyalar bank depozitlərinin alternativi olduğuna görə, bu fondlara qoyulan sərmayələr hətta bank depozitlərinin həcminə çatacaq. Çünki PİF-lərin payları üzrə illik gəlirlik 60-80% və hətta bundan da artıq ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR