Bank Of Baku

«Atəşgah Sığorta» şirkəti həyat sığortası üzrə müqavilələrini «Kavkaz Sığorta»ya ötürüb

«Atəşgah Sığorta» şirkəti həyat sığortası üzrə müqavilələrini «Kavkaz Sığorta»ya ötürüb
# 14 yanvar 2009 10:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah Sığorta» şirkəti həyat sığortası üzrə sığorta və təkrarsığorta müqavilələrini «Kavkaz Sığorta» ASC-yə ötürüb.
«Atəşgah Sığorta» şirkətinin İdarə Heyətinin sədr müavini Tələt Səfərovun «APA-Economics»ə verdiyi məlumata görə, «Kavkaz Sığorta» şirkəti də öz növbəsində qeyri-həyat sığortasına aid olan müqavilələrini «Atəşgah Sığorta»yə təhvil verib.
Qeyd edək ki, «Sığorta fəaliyyəti haqqında» yeni qanuna əsasən, həyat sığortası üzrə xidmətlər müstəqil, ixtisaslaşmış şirkətlər tərəfindən göstərilməlidir.
Xatırladaq ki, «Atəşgah Sığorta» şirkəti 1996-cı ilin dekabrından fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «İSR Holding» (49%), ARDNŞ (30%) və «Ran Exim» (21%) çıxış edir. Hazırda şirkət 18 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
Təsisçisi 3 fiziki şəxs olan «Kavkaz Sığorta» şirkəti isə 1998-ci ildən fəaliyyət göstərir və hazırda 29 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR