Bank Of Baku

«Bank of Azerbaijan»a gənclərdən ibarət yeni rəhbərlik təyin olunub

«Bank of Azerbaijan»a gənclərdən ibarət yeni rəhbərlik təyin olunub
# 14 yanvar 2009 11:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Azerbaijan» Səhmdar Kommersiya Bankının (SKB) İdarə Heyətinin tərkibində köklü dəyişikliklər aparılıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, İdarə Heyətinin sədri vəzifəsinə Xəyal Şərifzadə, sədrin müavinləri vəzifəsinə isə Heydər Mirzəyev, Kamran Heydərov, Aslan Əlibəyli, Pərviz Abbasquliyev və Kamran İsayev təyin olunub.
Qeyd edək ki, X.Şərifzadə bu təyinata qədər 2007-ci ildən «Bank of Azerbaijan»nın İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb. Azərbaycan Dövlət İqtisad Universitetini bitirən X.Şərifzadə 2004-cü ildən müxtəlif sahələrdə maliyyə rəhbəri vəzifəsində çalışıb.
Qeyd edək ki, bu ay bankın yaradılmasının 15 illiyi qeyd olunacaq.
Xatırladaq ki, təsisçisi «NEM Holding» və 2 fiziki şəxs olan «Bank of Azerbaijan» SKB 1993-cü ildən fəaliyyət göstərir. Ötən ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 110,384 mln. manat, kredit portfeli 90,122 mln. manat, depozit portfeli 42,503 mln. manat, məcmu kapitalı 20,684 mln. manat, o cümlədən nizamnamə kapitalı 14,635 mln. manat təşkil edib. Bankın respublika üzrə 18 filialı, 35 mübadilə məntəqəsi, 22 bankomatı və 122 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR