Bank Of Baku

Rüfət Aslanlı: «Azərbaycanda birja indeksinin yaradılması məsələsi məqsəd deyil»

Rüfət Aslanlı: «Azərbaycanda birja indeksinin yaradılması məsələsi məqsəd deyil»
# 14 yanvar 2009 11:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayeva – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ölkədə birja indeksinin yaradılması məsələsini öz əsas məqsədi kimi qiymətləndirmir. «APA-Economics»in məlumatına görə, bunu QKDK-nın sədri Rüfət Aslanlı bildirib.
R.Aslanlının sözlərinə görə, qiymətli kağızlar bazarında indeksin yaradılması vacib olan amillərdən biridir: «Lakin indeksin yaradılmasını məqsəd kimi saymaq doğru deyil. Bazarın dərinliyi olmalıdır ki, o indekslər investorlara müəyyən siqnal versin. İstiqraz bazarının aktivləşdirilməsi nəticəsində bir indeks ortaya çıxara bilərik, lakin bu indeks heç olmasa investorlara siqnal verməlidir».
R.Aslanlı onu da bildirib ki, Azərbaycanda birja indeksinin yaradılması məsələsi ideya kimi gündəmdə qalmaqdadır, lakin buna hazırlaşmaq lazımdır və bu baxımdan tənzimləmə təsirlərinə çevik reaksiya verilməməlidir.
Xatırladaq ki, 2008-ci ilin dekabr ayının 1-dən etibarən «APA-Economics»in müstəqil qaydada ilk milli maliyyə dayanaqlığı indekslərinin hesablanmasına başlayıb. Bunlar, AGBI (Azerbaijan Government Bonds Index) və ANBDI (Azerbaijan National Banks Debts Index) indeksləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR