Bank Of Baku

Rüfət Aslanlı: «Azərbaycan qiymətli kağızlar bazarı xarici investorlar üçün təhlükəsizdir»

Rüfət Aslanlı: «Azərbaycan qiymətli kağızlar bazarı xarici investorlar üçün təhlükəsizdir»
# 14 yanvar 2009 11:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünyada müşahidə olunan maliyyə böhranına baxmayaraq, Azərbaycan qiymətli kağızlar bazarı xarici investorlar üçün təhlükəsiz sahədir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı bildirib.
R.Aslanlının sözlərinə görə, xarici investorların Azərbaycanın qiymətli kağızlarına olan marağı azalmayıb. Bunu 2009-cu ilin ilk günlərində dövlət qısamüddətli istiqrazları və digər alətlərin yerləşdirməsinə xarici investorların maraq göstərməsi də təsdiqləyir.
«Maliyyə böhranına baxmayaraq, ölkənin iqtisadi durumu dayanıqlıqlı və stabil qiymətləndirilir. Bu gün maliyyə bazarlarında qlobal səviyyədə likvidlik çatışmazlığı problemi mövcuddur. Buna görə, investorların qiymətli kağızlara maraq göstərib-göstərməməsindən asılı olmayaraq, onların investisiya yatırmaq üçün vəsaitləri olmalıdır», - deyə R.Aslanlı bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR