Azərbaycanın gömrük orqanları ötən il 4 208 hüquqpozma faktı aşkar edib
Hesabat dövründə gömrük orqanları tərəfindən aşkar edilən cinayətlərin böyük bir hissəsi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub. Azərbaycanda 2008-ci ildə narkoşərait əvvəlki illərə nisbətən daha mürəkkəbliyi ilə səciyyələnib.
Ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 64 fakt aşkar olunub və bu faktlar üzrə 356 kq 338 qram narkotik, o cümlədən 68 kq 255 qram heroin, 62 kq 732 qram tiryək, 221 kq 406 qram həşiş, 3 kq 945 qram marixuana, 4204 ədəd psixotrop maddə (ampul, kapsul və həb şəklində) və 242 qram metamfetamin maddəsi tutulub. Bundan əlavə, gömrük orqanları əməkdaşlarının təşəbbüsü ilə 22,5 ton yabanı halda bitən çətənə kolu aşkar edilərək yandırma üsulu ilə məhv edilib. Qanunsuz dövriyyədən götürülən narkotiklərin miqdarı 2007-ci il ilə müqayisədə 2,87 dəfə, o cümlədən heroinin miqdarı 5,9 dəfə, tiryəkin miqdarı 1,67 dəfə, həşişin və psixotrop maddələrin miqdarı 3 dəfə çox olub.
Narkoqaçaqmalçılıqda təqsirli və ya şübhəli bilinərək saxlanılmış 84 nəfərdən 64-ü Azərbaycan, 16-sı İran, 1-i Ukrayna, 1-i Rusiya, 1-i Gürcüstan, 1-i Türkiyə vətəndaşı, 10-u qadın, 74 nəfəri isə kişi olub.
Valyuta qanunvericiliyinin pozulmasına qarşı gömrük orqanları tərəfindən görülən tədbirlər nəticəsində 2008-ci ildə hüquqpozma predmeti kimi külçə və zinət əşyaları şəklində 1 kq 967 qram qızıl, 29 kq 58 qram gümüş, 89 570 ABŞ dolları, 2 mln. 455 min rus rublu tutulub. Ötən il ərzində gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə başlanılmış 4 033 iş üzrə 1 468 hüquqi şəxs (o cümlədən, 919 xarici hüquqi şəxs) və 2 567 fiziki şəxs (o cümlədən, 782 xarici) inzibati məsuliyyətə cəlb edilib. Bu faktlar üzrə göstərilən şəxslərə qarşı 920 225 manatdan çox cərimə sanksiyası tətbiq edilib, habelə 443 111 manat dəyərində mallar müsadirə olunub. Miqdarına görə aşkar edilmiş inzibati xəta faktlarının çoxu - 415-i malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi ilə əlaqədar xətalardır. Bundan əlavə inzibati xəta faktlarının 112-si gizli keçirmə ilə, 278-i müvəqqəti idxalla, 9-u aksiz markasız idxalla, qalanları isə digər pozuntularla əlaqədardır.
Gömrük orqanları tərəfindən cinayət və inzibati xəta faktları üzrə 114 kq qara kürü, 3 min litr neft məhsulu, 4 ədəd odlu silah və onlara aid 62 ədəd patron, 5 880 ədəd soyuq silah sayılan bıçaq, 3 551 ədəd dini kitablar, 56 kq Ermənistan istehsalı olan və orqanizm üçün zərərli sayılan qəhvə, 6 ədəd tarixi əhəmiyyət kəsb edən əşya, 5 984 kq balıq məhsulları saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısını almaq üçün görülmüş tədbirlər nəticəsində isə aksiz markasız və ya digər qanunsuz yollarla keçirilən 1,842 mln. ədəddən çox xaricdə istehsal olunan siqaret və 3 224 ədəd spirtli içki saxlanılıb.
Maliyyə
"Fitch": Azərbaycan iqtisadiyyatı 2026-cı ildə 2% artacaq
“Fitch”: Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 93 mlrd. dollara çatacaq
“Fitch” Azərbaycanın suveren kredit reytinqini “BBB-” səviyyəsində təsdiqləyib
“BakıKart”ın operatorunun vəzifəli şəxsi cərimələnib
Xəbər Lenti
9-cu mikrorayonda yaşayış binasında yanğın olub - YENİLƏNİB
Ermənistan üçün yol ayrıcı: sülh sazişi, yoxsa revanşizm? - TƏHLİL
Abşeron yarımadasının bəzi şəhərətrafı ərazilərinə dolu düşəcək
Ermənistanda seçki pozuntuları ilə bağlı 29 siqnal daxil olub, 6 nəfər saxlanılıb
XİN: Azov dənizində yük gəmilərinə dron hücumunda yaralananların vəziyyəti yaxşıdır, bəziləri xəstəxanadan buraxılacaq
İstanbulda Azərbaycan–Gürcüstan–Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək
Yuri Uşakov: Rusiya Kiyevlə həm açıq, həm də qapalı təmasları saxlayır
I və IV qruplar üzrə qəbul imtahanı keçirilib, 10 nəfərdə telefon aşkarlanıb
Dövlət qulluğuna qəbul imtahanları keçirilir
Pakistan ordusunun komandanından İranın ali rəhbərinə xüsusi məktub ünvanlanıb
Paşinyan: Hazırda nə Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı müraciət var, nə də biz buna obyektiv olaraq hazırıq
Sabahın hava proqnozu açıqlanıb
Paşinyan seçkilərin region üçün mümkün nəticələrindən danışıb: Xoşbəxtlikdən indi Azərbaycanla sülh var
Ermənistan MSK sədri: İki seçki komissiyasının sədri və bir katibi tutulub
Rusiya Ukraynada nüvə yanacağı anbarına PUA ilə hücum edib
FHN-in Sumqayıt Regional Mərkəzi “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyini keçirib
Bəzi yerlərə yağış, Şahdağa qar yağıb - FAKTİKİ HAVA
Rusiyanın Ukraynanın vilayətlərinə endirdiyi zərbələr nəticəsində 2 nəfər həlak olub, 19 nəfər yaralanıb
Ermənistanda parlament seçkiləri keçirilir
Avropa liderləri Londonda Ukrayna ilə bağlı görüşəcək
ABŞ-da atışma nəticəsində 12 nəfər yaralanıb
ABŞ Qüvvələri iki İran dronunu vurub
KİV: ABŞ İran aktivlərini Körfəzdəki müttəfiqlərinə verəcək
Türkiyə Venesuelanı məğlub edib
Peruda son 10 ildə doqquzuncu prezident seçiləcək
Rusiya Ukraynanın iki mülki xilasetmə katerini vurub, xəsarət alanlar var
Naxçıvanda 7 yaşlı uşaq kanalda bataraq ölüb
AB İsrail və Livanı atəşkəsə riayət etməyə çağırıb
İranın Xarq adası yaxınlığında partlayış olub
FHN-in xilasediciləri yaşayış binasında təhlükəli vəziyyətdə qalan vətəndaşı xilas edib - VİDEO
Lənkəranda ağaca çırpılan avtomobilin sürücüsü ölüb
İsrail ordusu Livanda gedən döyüşlərdə daha iki hərbçisini itirib
Türkiyədə Hərbi Hava Qüvvələrinin 115-ci ildönümü təntənə ilə qeyd olunub
Zığda baş vermiş kütləvi dava ilə bağlı 7 nəfər saxlanılıb - YENİLƏNİB
İsrailin hücumları nəticəsində ölən Livan vətəndaşlarının sayı 3593 nəfərə çatıb
Aeroport yolunda avtomobil piyadanı vuraraq öldürüb
Göygöldə yağışın səbəb olduğu fəsadlar aradan qaldırılır - FOTO
FHN-in Cənub Regional Mərkəzində mülki müdafiə kursları keçirilib
XİN: Azov dənizində dron hücumu nəticəsində 25 Azərbaycan vətəndaşından 4-ü yaralanıb, 4 nəfər həlak olub
İran ABŞ-ın gecə radar sistemlərinə hücumunu atəşkəsin açıq şəkildə pozulması adlandırıb
Daşkəsəndə 30 yaşlı kişini at belində ildırım vurub
Yağıntı və dumanla əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
FHN-in Şimal Regional Mərkəzi zona birinciliyi keçirib
Bəzi yerlərdə şimşək çaxır, intensiv yağış yağır - FAKTİKİ HAVA
XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
Kürdəmirdə açıq ərazidə yanğın söndürülüb- YENİLƏNİB
Azov dənizində gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşları vəziyyətləri barədə danışıblar-VİDEO - YENİLƏNİB
Azərbaycan və İspaniya XİN arasında konsulluq məsləhətləşmələri keçirilib
Ömər aşırımında iki hərbçi dərəyə yıxılıb, biri vəfat edib