Bank Of Baku

Azərbaycan qiymətli kağızlar bazarının qiymətləndirilməsinə başlanılıb

Azərbaycan qiymətli kağızlar bazarının qiymətləndirilməsinə başlanılıb
# 14 yanvar 2009 12:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ölkənin fond bazarındakı mövcud vəziyyətin qiymətləndirilməsini aparır. «APA-Economics»in məlumatına görə, bunu QKDK-nın sədri Rüfət Aslanlı bildirib.
R.Aslanlının sözlərinə görə, qiymətləndirmənin aparılması üçün bir sıra yerli və xarici ekspertlər dəvət olunub.
«Qiymətləndirmə həm qanunvericilik aspektləri, həm bazar infrastrukturu, həm də tənzimləyici çərçivəni əhatə edir. Ümid edirəm ki, qısa bir müddət ərzində qiymətləndirməni başa çatdırıb fəaliyyət planına çevirəcəyik», - deyə R.Aslanlı bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR