Bank Of Baku

Azərbaycan fond bazarında broker və dilerlərə qarşı şərtlər dəyişəcək

Azərbaycan fond bazarında broker və dilerlərə qarşı şərtlər dəyişəcək
# 14 yanvar 2009 13:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ölkənin fond bazarında fəaliyyət göstərən broker və dilerlərə qarşı mövcud şərtləri korrektə edəcək. «APA-Economics»in məlumatına görə, bunu QKDK-nın sədri Rüfət Aslanlı bildirib.
R.Aslanlının sözlərinə görə, hazırda Azərbaycan fond bazarının kompleks şəkildə təhlili aparılır ki, bunun nəticəsində bazarda fəaliyyət göstərən broker və dilerlərə qarşı şərtlərin korrektə edilməsi qaçılmaz olacaq.
Qeyd edək ki, ötən il ərzində Azərbaycanın fond bazarında 36 peşəkar iştirakçı fəaliyyət göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR