Bank Of Baku

Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının növbəti iclası keçirilib

Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının növbəti iclası keçirilib
# 14 yanvar 2009 13:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının (ALŞA) növbəti iclası keçirilib. ALŞA-dan «APA-Economics»ə verilən məlumata görə, iclasda Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) Azərbaycan və Orta Asiya ölkələri üzrə Lizinq Layihəsinin yekun fazaya keçməsi və assosiasiya ilə mümkün əməkdaşlıq formaları, eyni zamanda üzv şirkətlər arasında informasiya mübadiləsi kimi məsələlər müzakirə edilib.
Yığıncaqda həmçinin mövcud şəraitdə ölkədə lizinq sektorunun inkişafı və assosiasiya üzvlərinin birgə səylərinin göstərilməsi, ölkənin lizinq bazarının araşdırması barədə məlumat və təqdim olunan sorğu anketlərinin müzakirəsi aparılıb.
Sonda iclas iştirakçılarının qərarı ilə «Azərdəmiryolbank Lizinq» (2007-ci ildə bankın strukturunda Lizinq Departamenti yaradılıb) və «Qafqaz Lizinq» şirkətləri quruma üzv qəbul olunub. Bununla da ALŞA-ya üzv olan təşkilatların sayı 11-ə çatıb.
Qeyd edək ki, ALŞA yaxın vaxtlarda daha dəyirmi masa keçirmək niyyətindədir. Tədbirdə Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının üzvləri, Dövlət Gömrük Komitəsi, Vergilər və Maliyyə nazirlikləri və assosiasiyaya üzv olan təşkilatların nümayəndələri iştirak edəcəklər. Toplantıda Azərbaycanda lizinq sektorunun mövcud vəziyyəti, inkişaf yolları, bazar iştirakçıları üçün mümkün vergi güzəştlərinin tətbiqi perspektivləri kimi məsələlər müzakirə olunacaq.
Xatırladaq ki, ALŞA 2004-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR