Bank Of Baku

Azərbaycanda «Qış festivalı» lotereyasının keçirilməsinə yenidən icazə verilib

Azərbaycanda «Qış festivalı» lotereyasının keçirilməsinə yenidən icazə verilib
# 14 yanvar 2009 15:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) qərarı ilə «Stentor» şirkəti tərəfindən «Qış festivalı» stimullaşdırıcı tirajlı lotereyanın keçirilməsinə icazə verilib.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, «Stentor» şirkəti məktubla Dövlət Komitəsinə müraciət edərək, təşkilatçısı olduğu «Qış festivalı» lotereyasının dayandırılması üçün əsas olan pozuntuların aradan qaldırıldığı barədə məlumat verib və lotereyanın keçirilməsinin bərpa edilməsini xahiş edib.
Təqdim edilmiş şərtlərin mövcud qanunvericiliyin tələblərinə cavab verməsi ilə əlaqədar, «Lotereyalar haqqında» qanununa uyğun olaraq, «Stentor» şirkəti tərəfindən keçirilən «Qış festivalı» stimullaşdırıcı tirajlı lotereyası QKDK sədrinin əmri ilə bərpa edilib.
Qeyd edək ki, «Qış festivalı» stimullaşdırıcı tirajlı lotereyanın keçirilməsi təqdim edilmiş lotereyanın şərtləri lotereya iştirakçılarının hüquqlarını təmin etmədiyinə və mövcud qanunvericiliyin tələblərinə cavab vermədiyinə görə qadağan edilmişdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR