Bank Of Baku

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Türkiyə «TakasBank»ının nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Türkiyə «TakasBank»ının nümayəndə heyəti ilə görüşüb
# 14 yanvar 2009 15:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı Bakıda səfərdə olan Türkiyənin «İMKB Takas və Saklama Bankı»nın nümayəndə heyəti ilə görüşüb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, görüşdə R.Aslanlı İslam İnkişaf Bankının texniki yardım layihəsi çərçivəsində «TakasBank» tərəfindən görülən işlərin Azərbaycanın qiymətli kağızlar bazarının, xüsusilə də klirinq və depozitar sisteminin təkmilləşdirilməsində əhəmiyyətli olacağını qeyd edib. Eyni zamanda R.Aslanlı bildirib ki, Azərbaycanda depozitar sisteminin tarixi inkişafının ardıcıllığı hazırda həmin sistemin təkmilləşdirilməsi məqsədilə yeni modelin müzakirəsini zəruri edir: «Bu baxımdan həmin sahədə nailiyyətlər əldə etmiş ölkələrin, o cümlədən Türkiyə modelinin də nəzərdən keçirilməsi məqsədə uyğundur».
«TakasBank»ın beynəlxalq əlaqələr üzrə direktoru xanım Filiz Kaya öz növbəsində Azərbaycanda son illər müşahidə olunan iqtisadi inkişaf templərinin QKDK tərəfindən qeyd olunan məsələlərin aktuallığını bir daha təsdiqlədiyini bildirib. F.Kaya bu məsələlərlə əlaqədar Milli Depozit Mərkəzində (MDM) müəyyən işlərin görüldüyünü də qeyd edib, həmçinin bununla əlaqədar QKDK-nın rəhbərliyi üçün layihə təqdimatının nəzərdə tutulduğunu vurğulayıb.
Qeyd edək ki, «TakasBank» Türkiyənin mərkəzi depozitarisi olaraq mühüm maliyyə institutlarından biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR