Bank Of Baku

MONEYVAL Azərbaycanla bağlı ikinci dəyərləndirmə hesabatını açıqlayıb

MONEYVAL Azərbaycanla bağlı ikinci dəyərləndirmə hesabatını açıqlayıb
# 14 yanvar 2009 16:51 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, hesabat terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulması üzrə beynəlxalq və Avropa normalarının həyata keçirilməsini, həmçinin GAFI təşkilatının 40+9 tövsiyələrinə uyğunluğunun səviyyəsini dəyərləndirmək, Azərbaycanda terrorizmin maliyyələşdirilməsi (CFT) və çirkli pulların yuyulmasına qarşı mübarizə (LAB) sisteminin yaxşılaşdırılmasına yönəlmiş fəaliyyət planını əks etdirir.

Hesabatda Azərbaycanın bu sahədə beynəlxalq standartlara cavab verəcək dolğun qanun layihəsi və maliyyə strukturuna malik olmadığı vurğulanır. Sənəddə qanun boşluğu riskləri azaltmaq məqsədi ilə görülən bəzi proflaktik tədbirlərin (əsasən Mərkəzi Bank və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən) məhdud olduğu göstərilib.

Bu proflaktik tədbirlərin LAB/CFT sahəsində beynəlxalq standartlara cavab verəcək dolğun qanun layihəsini əvəz edəcək qabiliyyətdə olmadığı göstərilib. Sənəddə Azərbaycan hökumətinə gecikdirmədən bu sahədə qanun layihəsini qəbul etmək tövsiyə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR