Bank Of Baku

«DekaBank» gələn il öz ipoteka proqramının icrasına başlaya bilər

«DekaBank» gələn il öz ipoteka proqramının icrasına başlaya bilər
# 15 yanvar 2009 07:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DekaBank» Səhmdar Kommersiya Bankı (SKB) 2010-ci ildən etibarən öz ipoteka proqramının icrasına başlaya bilər. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Niyazi Vəliyev bildirib.
N.Vəliyevin sözlərinə görə, dünya maliyyə böhranı başlayandan sonra Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə bu istiqamətdə aparılan danışıqlar təxirə salınıb. Lakin artıq cari ilin sonunda bu danışıqların yenidən canlanacağı gözlənilir. «Xarici resurslar hesabına formalaşacaq ilkin ipoteka portfelimiz 50 mln. manat həcmində olacaq. Şərtlərə gəldikdə isə ipotekanın müddəti minimum 7-8 il olacaq. Qalan şərtlər isə bazar şəraitinə uyğun müəyyənləşdiriləcək», - deyə N.Vəliyev bildirib.
Xatırladaq ki, «DekaBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Ötən ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 27,414 mln. manat, depozit portfeli 5,876 mln. manat, kredit portfeli 23,795 mln. manat, məcmu kapitalı 11,323 mln. manat, o cümlədən nizamnamə kapitalı 9,594 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 6 filialı, 1 bankomatı və 13 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR