Bank Of Baku

«NBCBank» ötən il aktivlərini 32% artırıb

«NBCBank» ötən il aktivlərini 32% artırıb
# 15 yanvar 2009 07:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBCBank» Səhmdar Kommersiya Bankının (SKB) aktivləri 2009-cu ilin yanvar ayının 1-nə 39,832 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 31,6% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 66,6% artaraq 34,158 mln. manata, depozit portfeli isə 24,4% azalaraq 5,351 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 31,8% artaraq 14,652 mln. manat, o cümlədən nizamnamə kapitalı 27,6% artaraq 13,589 mln. manat təşkil edib.
Qeyd edək ki, ötən il bankın gəlirləri təxminən 3 dəfə artaraq 10,408 mln. manat, xərcləri isə 3,2 dəfə artaraq 9,792 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti 6,9% artaraq 616 min manat, xalis mənfəəti isə 1,8% artaraq 459 min manat olub.
Bundan başqa, bank bu müddət ərzində əlavə 4 filial açıb, həmçinin 4 bankomat və 44 POS-terminal quraşdırıb.
Xatırladaq ki, «NBCBank» SKB 1992-ci ildə «RuziBank» Kommersiya Bankı kimi yaradılıb və 2002-ci ildə brendini dəyişib. Hazırda bankın respublika üzrə 6 filialı, 6 mübadilə məntəqəsi, 4 bankomat və 44 POS-terminalı fəaliyyət göstərir. Hazırda bankda 136 işçi çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR