Bank Of Baku

AGBI indeksi 1,0003, ANBDI indeksi isə 0,8572 təşkil edib

AGBI indeksi 1,0003, ANBDI indeksi isə 0,8572 təşkil edib
# 15 yanvar 2009 07:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 2009-cu ilin yanvar ayının 15-nə 0,0472 bənd və ya 4,51% azalaraq 1,0003 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi isə 0,1429 və ya 14,29% kəskin azalaraq 0,8572 təşkil edib.
ANBDI indeksin kəskin düşməsi dövriyyədə olan notların həcminin azaldığını əks etdirir. Belə ki, yanvarın 14-də 40 mln. manat həcmində ödəmə aparmaqla 50105019S seriyalı not buraxılışı dövriyyədən çıxarılıb və həmin tarixdə 18 383 600 manat həcmində yerləşdirmə aparmaqla 50100221S seriyalı notlar dövriyyəyə buraxılıb. Nəticədə, dövriyyədə olan həcm 21 616 400 manat azalıb ki, bu da indeksin azalmasında öz əksini tapıb.
AGBI indeksinin azalması isə gündəlik korrektə nəticəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR