Bank Of Baku

«UniBank»ın yeni regional filialı açılıb

«UniBank»ın  yeni regional filialı açılıb
# 15 yanvar 2009 09:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankının (SKB) Mingəçevir şəhərində filialı açılıb.
Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, filial Mingəçevir şəhəri, H.Əliyev prospekti,47/2 ünvanında yerləşir. Filial müştərilərə bank tərəfindən təqdim olunan bütün xidmətlər spektri üzrə, o cümlədən əhalidən və korporativ müştərilərdən depozitlərin qəbulu, istehlak və biznes kreditlərinin verilməsi, pul köçürmələri, plastik kartlar üzrə xidmətlər və s. təklif edir.
Qeyd edək ki, hazırda bankın respublika üzrə 23 filialı fəaliyyət göstərir və bunun 6-sı regionda (Gəncə, Sumqayıt, Şəki, Şəmkir, Quba və Mingəçevir) yerləşir.
Xatırladaq ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR