Bank Of Baku

«TBC Kredit» təşkilatı ötən il kredit portfelini 76% genişləndirib

«TBC Kredit» təşkilatı ötən il kredit portfelini 76% genişləndirib
# 15 yanvar 2009 10:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «TBC Kredit» qeyri-bank kredit təşkilatının kredit portfelinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 18,5 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 76,2% çoxdur.
«TBC Kredit» təşkilatının Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində məcmu kapitalının həcmi 8% artaraq 10,8 mln. dollar, nizamnamə kapitalı isə sabit qalaraq 10 mln. dollar təşkil edib. Bu müddət ərzində müştərilərin sayı 2,6 dəfə artaraq 1336-ya, işçilərin sayı isə 2,4 dəfə artaraq 66-ya çatıb.
Şirkətin kredit portfelinin strukturunda ipoteka kreditlərinin xüsusi çəkisi 43%, biznes kreditlərinin 42%, istehlak kreditlərinin isə 15% təşkil edib.
Qeyd edək ki, «TBC Kredit» 1999-cu ilin dekabrında «Shore Overseas Azerbaijan Credit» (SOA Credit) qeyri-bank kredit təşkilatı kimi yaradılıb.
«SOA Credit» təşkilatının brendi 2007-ci ilin may ayında dəyişib. Brendin dəyişməsi Gürcüstanın aparıcı banklarından olan «TBC Bank»ın təşkilatın yeni təsisçisi olması ilə bağlıdır. Ötən ilin əvvəlində «SOA Credit»in nizamnamə kapitalındakı 75%-lik iştirak payı «TBC Bank»a satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR