Bank Of Baku

«Bank of Baku» yeni xidmət göstərməyə başlayıb

«Bank of Baku» yeni xidmət göstərməyə başlayıb
# 15 yanvar 2009 10:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın «Bank of Baku» Səhmdar Kommersiya Bankı (SKB) müştərilərinə «Əks zəng» adlanan yeni xidməti təqdim edib. «Bank of Baku»dan «APA-Economics»ə verilən məlumata görə, yeni xidmət çərçivəsində müştəri banka zəng etmədən bankın İnternet-saytında yerləşdirilən müvafiq formanı doldurub öz telefon nömrəsini və istənilən vaxtı qeyd etməklə bankdan zəng alacaq.
Bankda qeyd ediblər ki, «Əks zəng» xidməti pulsuzdur və Azərbaycanın bütün ərazisini əhatə edir. Bu da bankın müştəriləri üçün şəhərlərarası zənglərə sərf edilən xərclərə və vaxta qənaət etməyə imkan verəcək. Əks zənglər iş günləri saat 09:00-dan 18:00-dək, şənbə günləri isə 10:00-dan 14:00-dək ediləcək.
Qeyd edək ki, hazırda «Bank of Baku» müştərilərə operativ məlumat təminatı üçün bir sıra xidmət, o cümlədən, İnternet-banking, 145 İnfo-mərkəz, SMS-banking və s. xidmətlər göstərir. Yaxın vaxtlarda bank aylıq bank bülleteninin elektron formatda göndərilməsinə başlamağı planlaşdırır.
Xatırladaq ki, «Bank of Baku» SKB 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə yaradılıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Ötən ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 185,149 mln. manat, kredit portfeli 153,773 mln. manat, depozit portfeli 145,616 mln. manat, məcmu kapitalı 25,521 mln. manat, o cümlədən nizamnamə kapitalı 6,8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR