Bank Of Baku

Azərbaycan 2009-cu il dövlət büdcəsində neftin baza qiymətini dəyişdirə bilər

Azərbaycan 2009-cu il dövlət büdcəsində neftin baza qiymətini dəyişdirə bilər
# 15 yanvar 2009 10:31 (UTC +04:00)
Millət vəkili deyib ki, parlamentdə büdcəyə yenidən baxılan zaman neftin baza qiymətinin indikindən bir qədər aşağı həddə, təxminən 50 dollar/barel səviyyəsində göstərilməsi nəzərdə tutulur: «Biz vaxtı ilə təklif etmişdik ki, neftin qiyməti 70 dollardan deyil, bir qədər aşağı səviyyədə müəyyən edilsin. Təəssüf ki, o vaxt təklifimizi qəbul etmədilər».

Bununla belə, V.Əhmədov neftin qiymətinin dünya bazarında 40-45 dollar arasında dəyişməsinin ölkə üçün ciddi problemlər yaratmayacağını bildirib: «Dövlət Neft Fondundan büdcəyə 5 mlrd. manata yaxın ayırmalar var. Bu səbəbdən böyük problemlərdən danışmaq olmaz. Ancaq 2009-cu ilin büdcəsindən həyata keçirilməsi planlaşdırılan bir sıra iri layihələrin icrası dayandırıla bilər. Sosial layihələr isə icra olunacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR