Bank Of Baku

«United Credit Bank»ın səhm emissiyası baş tutmamış elan olunub

«United Credit Bank»ın səhm emissiyası baş tutmamış elan olunub
# 15 yanvar 2009 11:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) sədrinin əmri ilə «United Credit Bank» ASC-nin sənədsiz adlı səhmlərinin emissiyası baş tutmamış elan olunub.
QKDK-nin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, səhmlərin emissiyası haqqında səhmdarların ümumi yığıncağının qərarı ilə səhmlərin yerləşdirilməsinin müddəti 2009-cu ilin yanvarın 1-dək müəyyən edilsə də, bu müddət ərzində səhmlər yerləşdirilməyib.
QKDK-nin «Səhmdar cəmiyyətinin nizamnamə kapitalının artırılması zamanı səhmlərin emissiyasının Qaydaları»na əsasən, səhm emissiyasının baş tutmuş hesab edilməsi üçün əsas olan yerləşdirilmiş hissəsi yerləşdirilən səhmlərin miqdarının 50%-ni təşkil etməlidir.
Qeyd edək ki, «United Credit Bank» ASC-nin sənədsiz adlı səhmləri 2008-ci ilin aprelin 7-də dövlət qeydiyyatına alınıb. Səhmlərin hər birinin nominal dəyəri 2 min manat, sayı 5 min ədəd, emissiyanın ümumi həcmi isə 10 mln. manat təşkil edib. Emissiya uğurla yerləşdirilsəydi, bankın nizamnamə kapitalı 82,6% artaraq 22,108 mln. manata çatacaqdır.
Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Bu ilin yanvarın 1-nə bankın aktivlərinin həcmi 32,351 mln. manat, kredit portfeli 21,049 mln. manat, depozit portfeli 7,442 mln. manat, məcmu kapitalı 13,506 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,108 mln. manat təşkil edib. Hazırda bakın respublika üzrə 5 filialı və 5 bankomatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR