Bank Of Baku

«Texnikabank» ötən il xalis mənfəətini 21% artırıb

«Texnikabank» ötən il xalis mənfəətini 21% artırıb
# 15 yanvar 2009 14:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Texnikabank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 450,1 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 27% çoxdur.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 11,2% azalaraq 182,330 mln. manata, kredit portfeli 28,4% artaraq 337,691 mln. manata, o cümlədən istehlak kreditləri 30,4% artaraq 64,356 mln. manata çatıb. Bankın məcmu kapitalı 39,7% artaraq 51,565 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 26,912 mln. manat olub.
Qeyd edək ki, bu müddət ərzində bankın gəlirləri 72,5% artaraq 73,779 mln. manat, xərcləri isə təxminən 2,1 dəfə artaraq 56,241 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti 18,7% artaraq 17,538 mln. manata, xalis mənfəəti isə 20,7% artaraq 13,822 mln. manata çatıb.
Ötən il ərzində bankın ölkə iqtisadiyyatına yatırdığı sərmayələrin həcmi 9,4 dəfə artaraq 2,338 mln. manat, PR və marketinq xərcləri isə 48,6% artaraq 5,366 mln. manat təşkil edib. Xatırladaq ki, 2008-ci il ərzində bank tərəfindən dövlət büdcəsinə ödənilən vergilərin ümumi həcmi 19% artaraq 3,716 mln. manat olub.
Bundan başqa, ötən il ərzində bank əlavə 4 filial açıb, həmçinin 59 POS-terminal quraşdırıb.
Xatırladaq ki, «Texnikabank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 35 filialı, 2 xidmət və 3 mübadilə şöbəsi fəaliyyət göstərir. Ötən il ərzində bankın işçilərinin sayı 20,2% artaraq bu ilin yanvar ayının 1-nə 577 nəfər təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR