Bank Of Baku

Dünya Bankının Cənubi Qafqaz üzrə yeni direktoru yaxın vaxtlarda regiona səfər edəcək

Dünya Bankının Cənubi Qafqaz üzrə yeni direktoru yaxın vaxtlarda regiona səfər edəcək
# 16 yanvar 2009 06:51 (UTC +04:00)
Ofisdən qeyd olunub ki, hazırda bu vəzifəni icra edən xanım Donna Dousett-Koyrolo təqaüdə çıxır və məhz bu səbəbdən vəzifəsini tərk etmək məcburiyyətindədir: «Artıq DB-nın Cənubi Qafqaz üzrə yeni direktoru seçilib. Bu, əvvəllər Cənubi Qafqaz sektorunun meneceri vəzifəsində çalışan Əsəd Alamdır. Yeni direktor Azərbaycan hökumətinə qeyri-rəsmi təqdim olunsa da, yanvar-fevral ayları ərzində onun rəsmi təqdimatı keçiriləcək. Həmçinin, Ə.Alam Gürcüstan və Ermənistana da səfər edəcək. Hazırda bununla bağlı hazırlıq işləri aparılır».
Qeyd edək ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən müddət ərzində bank təxminən 45 layihənin icrasına Azərbaycana 2 mlrd. ABŞ dolları məbləğində maliyyə yardımı göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR