Bank Of Baku

«DekaBank» bu il məcmu və nizamnamə kapitalını artıracaq

«DekaBank» bu il məcmu və nizamnamə kapitalını artıracaq
# 16 yanvar 2009 06:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DekaBank» Səhmdar Kommersiya Bankı (SKB) 2009-cu il ərzində məcmu kapitalını 4,4% artıraraq 12 mln. manata çatdırmaq niyyətindədir.
Bankın İdarə Heyətinin sədri Niyazi Vəliyevin «APA-Economics»ə verdiyi məlumata görə, bu müddət ərzində bankın nizamnamə kapitalında da artım gözlənilir. Belə ki, mövcud səhmdarların hesabına nizamnamə kapitalının 15% artırılaraq 11,5 mln. manata çatdırılması nəzərdə tutulub.
N.Vəliyev onu da qeyd edib ki, dünyada maliyyə böhranı ölkədə fəaliyyət göstərən bəzi kommersiya banklarında olduğu kimi «DekaBank»a təsir göstərməyib: «Çünki bank xaricdən vəsait cəlb etmədiyi üçün böhranın bankın kredit və depozit portfelinə heç bir təsiri olmayıb. Bankın depozit portfelində ötən ilin noyabr-dekabr aylarında cəmi 300 manat azalma olub».
Xatırladaq ki, «DekaBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Ötən ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 27,414 mln. manat, depozit portfeli 5,876 mln. manat, kredit portfeli 23,795 mln. manat, məcmu kapitalı 11,323 mln. manat, o cümlədən nizamnamə kapitalı 9,594 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 6 filialı fəaliyyət göstərir ki, bunun da 2-si regionda (Bərdə və Sumqayıt) yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR