«Bank of Azerbaijan» ASC-nin İdarə Heyətinin sədri Xəyal Şərifzadə: «Yeni menecment qarşısında kifayət qədər ambisiyalı hədəflər qoyulub»
Bakı – APA-Economics. 2008-ci il dünya tarixinə ən böyük maliyyə böhranlarından birinin başlanma ili kimi düşüb. Azərbaycanda qlobal böhran əsasən maliyyə sektoruna təsir edib və bir çox bankların kredit verilişini dayandırması ilə nəticələnib. Azərbaycan bank sektorunun ən yaşlı və iri oyunçularından biri olan «Bank of Azerbaijan» ASC-nin İdarə Heyətinin yeni təyin olunmuş sədri Xəyal Şərifzadə ilə müsahibə onun rəhbərlik etdiyi bankda baş verəcək dəyişikliklər, böhran və planlar barədədir.
- Siz «Bank of Azerbaijan»ın İdarə Heyətinin yeni təyin olunmuş sədrisiniz. Sizinlə bərabər bankın bütün menecmenti dəyişdirilib. Bu barədə məlumat verməyinizi istərdik.
- Dekabrın əvvəlində «Bank of Azerbaijan»ın səhmdarlarının qərarına əsasən, bankın yeni menecmenti təyin olunub. Bankın səhmdarları yeni menecment olaraq bizim qarşımızda kifayət qədər aydın və ambisiyalı hədəflər qoyublar. Korporativ idarəetməyə keçid istiqamətində köklü islahatların aparılması ilə yanaşı bankımızı Azərbaycan maliyyə bazarında lider mövqelərinə yüksəltməliyik.
Dünya maliyyə sisteminin tənəzzülə uğradığı, əksər bankların inkişaf əvəzinə böhrandan yan keçmək və ya çıxmağı düşündüyü bir dövrdə bizim daha da böyüyərək, ölkənin ən iri banklarından birinə çevrilmək niyyətimiz çox iddialı görünsə də, bizim üçün əlçatandır. Bu işdə mənə bankın indiki kollektivi ilə yanaşı sıralarımıza yeni qoşulmuş gənc, ancaq eyni zamanda bank sektorunda böyük təcrübəyə malik peşəkarlar komandası kömək edəcək.
Bankın menecmentinin dəyişilməsi qlobal maliyyə böhranı ilə birbaşa bağlı olmasa da, böhranın yaratdığı yeni imkanların düzgün dəyərləndirilməsi və formalaşacaq yeni dünya maliyyə sisteminə adaptasiyanın problemsiz ötüşməsi bizim qarşımıza qoyulmuş tələblərdən biridir.
- Sizin banka rəhbər təyin olunmağınızla «Bank of Azerbaijan»ın 15 yaşının tamam olması üst-üstə düşüb. Bu 15 ili necə xarakterizə edərdiniz?
- Bizim bank 15 il ərzində ölkəmizin iqtisadi potensialının möhkəmlənməsində, vətəndaşlarımızın maddi rifahının yüksəlməsi istiqamətində çalışıb. Biz müştəri şəbəkəmizə daha keyfiyyətli xidmət və daha çeşidli məhsullar təqdim edəcəyik və qısa zaman içərisində baş verəcək bütün yeniliklər barədə ictimaiyyəti məlumatlandıracağıq.
Bu müddət ərzində bizim bank çoxlu sayda beynəlxalq və ölkədaxili iqtisadi qurumların üzvü olub. Eyni zamanda, bankın filiallarının sayı 20-yə çatdırılıb və ölkədə ən geniş satış şəbəkələrindən birinə çevrilib. Bank müasir texnologiyalardan istifadə edib Mobil və İnternet bankçılıq sahələrini inkişaf etdirib.
- Bankın yaxın gələcək üçün yeni strategiyası nədən ibarətdir?
- Əsas hədəf maliyyə böhranından minimum təsirlənmək və əksinə, yaranmış imkanlardan maksimum yararlanmaq, bankımızı lider mövqelərə çıxartmaqdır.
Son 3 ay ərzində bankın texniki-iqtisadi analizi həyata keçirilərək yeni inkişaf planı hazırlanıb və səhmdarlar tərəfindən qəbul olunub. Bu inkişaf planına əsasən, biz korporativ idarəetməyə keçməli, müştərilərimizə təqdim etdiyimiz xidmətlərin çeşidini genişləndirməyi, müştərilərə xidmət səviyyəsini daha da artırmağı, mövcud filiallarda işin effektivliyini yüksəltməyi və yeni filiallar açmağı düşünürük.
- 2009-cu ildən hər hansı yeni məhsul və ya xidmətlər təklif etmək niyyətindəsinizmi?
- Əlbəttə, bu il biz bazarda baş verən vəziyyəti nəzərə alaraq yeni məhsullar və yeni xidmətlər təklif edəcəyik. Bu il yeni əmanət və kredit növlərindən ibarət məhsul və xidmətləri tətbiq etməyi düşünürük. Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, əvvəlki illərdən fərqli olaraq, biz mətbuatla münasibətlərimizi daha da inkişaf etdirəcəyik və gələcəkdə bazara təqdim olunacaq hər bir yeni məhsul barədə ətraflı məlumat verəcəyik.
- Adətən hər hansı bir maliyyə təşkilatına yeni menecment təyin olunduqda təşkilatın rebrendinqi aparılır, loqo və şüarı dəyişdirilir. Sizin belə bir planınız varmı?
- Bizim bankın 15 il ərzində üç dəfə adı dəyişib. Mən bunu bir əsr ərzində 3 dəfə əlifbamızın dəyişməsinə bənzədirəm. Adımız kimi tariximiz də ölkəmizin tarixi ilə çox oxşardır.
Həqiqətən də, son vaxtlar rebrendinq aparan şirkətlərin sayı artıb. Rebrendinq mövcud brendin ideologiyasının dəyişilməsi zərurətindən irəli gələn addımdır və brendin bütün tərkib hissələrinin - ad və loqotipdən tutmuş şüara, işçilərin geyiminə qədər hər şeyin yenilənməsini nəzərdə tutur. Lakin hazırkı mərhələdə biz brendimizin ideologiyasını dəyişmirik, yeni inkişaf strategiyası ilə fəaliyyətimizi davam etdiririk, qarşımıza qoyulan yeni hədəflərə doğru addımlayırıq. Bu səbəbdən rebrendinq aparmağı düşünmürük. Şüarımız da dəyişməyəcək və «Bir Azərbaycan Bankı» olaraq qalacaq.
- Maliyyə böhranı sizin banka necə təsir edib? Sizinlə tərəfdaşlıq edən «Qarant Sığorta» şirkətinin rəhbərliyi deyir ki, böhran onlar üçün yeni imkanlar yaradıb, yeni seqmentlərə diqqət ayırmaq lazımdır.
- Fikrimcə, dünya maliyyə böhranı ölkəmizə bir o qədər də təsir etməyib. Başqa ölkələrdən fərqli olaraq, bu böhranın banklarımıza «məhvedici» təsiri hiss olunmur, heç bir bankımız müflisləşməyib. Əksinə, bu yaxınlarda Milli Bankın İdarə Heyətinin qərarı ilə yeni banklara lisenziyalar verilib və beləliklə, Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının sayı 46-ya çatıb.
Yola saldığımız 2008-ci ildə qlobal iqtisadi böhranın dərinləşməsi şəraitində ölkə iqtisadiyyatımızın dinamik inkişafı davam edib, ikirəqəmli iqtisadi artım templəri qorunub saxlanıb. Ölkənin xarici valyuta mövqeyi daha da yaxşılaşıb və valyuta balansının profisiti 15 mlrd. dollara çatıb. Bizim bank xarici risk amillərini qabaqlayıcı rejimdə neytrallaşdırmaq üçün Milli Bankın həyata keçirdiyi preventiv pul siyasəti tədbirlərinin tərkib hissəsi olaraq, dekabrın 1-dən etibarən uçot dərəcəsinin 10%-dən 8%-ə, faiz dəhlizinin yuxarı həddinin isə 15%-dən 13%-ə endirilməsinə dair qərarını alqışlayır. Düşünürəm ki, bu tədbirlər bank sistemində yüksək likvidlik səviyyəsinin və aktivlərin keyfiyyətinin qorunmasına və bu əsasda maliyyə sabitliyinin daha da dərinləşməsinə şərait yaradır. Bank sistemində likvidlik səviyyəsinin məqbul həddə saxlanması bankların kredit fəaliyyətinin davamlılığını təmin edir və bununla qeyri-neft sektorunda iqtisadi artım dinamikasının qorunmasında mühüm rol oynayır.
Lakin bununla yanaşı, bu ilin birinci rübünə təsadüf edəcək böhranın ən kritik dövrünün bizim iqtisadiyyata da müəyyən neqativ təsirlərinə hazır olmaq lazımdır. Bu yaxınlarda cənab prezident İlham Əliyevin bildirdiyi kimi, «Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır və xaricdə baş verən proseslər istər-istəməz öz növbəsində Azərbaycana da təsir edə bilər».
Neftin bir barelinin qiymətinin 147,3 dollardan 40 dollara qədər düşməsi, dünyanın ən iri maliyyə institutlarının yaşadığı problemlər, bizim əsas ticarət tərəfdaşlarımız olan Rusiya, Türkiyə, Ukrayna, ABŞ və Avropa ölkələrində «tüğyan» edən böhranın müəyyən təsirlərini biz də hiss edəcəyik. Bu ilin birinci yarısında mənzillərin qiymətində müəyyən azalma müşahidə oluna bilər. Rusiyada 2008-ci ilin IV rübündə mənzillərin dəyəri 40%-dən artıq azalıb. Bizdə bu qədər kritik dəyişikliyin olacağını düşünmürəm. Ancaq mənzillərə olan tələbatın azalması artıq hiss olunur və bu, tikinti sektoruna təsir edəcək. Tikinti şirkətləri Azərbaycan banklarının əsas debitorlarından biridir və onların götürdükləri kreditləri qaytarmaqda çəkəcəkləri çətinliklər banklara müəyyən qədər təsir edə bilər.
Lakin qürurverici faktdır ki, ölkə rəhbərliyinin düzgün siyasəti nəticəsində böhran bizdən mümkün olduğu qədər yan keçib. Yalnız rublun böhrana qədər ki səviyyədə saxlanılması üçün Rusiya hökuməti 160 mlrd. dollardan artıq vəsait xərcləyib. Bizdə isə əksinə, manatın məzənnəsinin möhkəmlənməsi müşahidə olunur.
Yerli bankların bəziləri xaricdən aldıqları «ucuz kredit xətlərindən» asılı olduqları üçün onların xarici tərəfdaşlarının yaşadıqları problemlər bu banklara da təsir edir. Lakin Milli Bankın ehtiyacı olan banka kredit xətti açması bu problemin dərinləşməsinin qarşısını alır.
«Bank of Azerbaijan»a gəldikdə isə, bizim xarici borclarımız olmadığı üçün beynəlxalq maliyyə böhranının neqativ təsirlərini hiss etmirik. Əksinə, qeyd etdiyiniz kimi, yaranmış yeni imkanları dəyərləndirməyə, dünya maliyyə sistemində formalaşan yeni qaydalara uyğunlaşmağa çalışırıq.
Mən bu kimi böhranlara dünya iqtisadiyyatının «özünü sağaltma əməliyyatı» kimi baxıram. Böhranda ən güclülər sağ qalır, iqtisadi baxımdan effektiv olmayan şirkətlər isə «case-study» şəklində iqtisadiyyat fakültəsinin tələbələrinə tədris olunur. Böhran həqiqətən yeni imkanlar yaradır. Hələ 1970-ci illərdə Amerikada baş verən böhrandan dərhal sonra «FedEx», «Microsoft», «Apple», «Genetch», «Oracle» kimi şirkətlər yaranıb. Dünya biznesinin modeli dəyişib. Fırtınadan sonrakı intibah kimi biz indiki böhrandan sonra dünya iqtisadiyyatında baş verəcək dəyişiklikləri izləməliyik və gənc ölkəmiz üçün yaranacaq bütün imkanlardan maksimum yararlanmalıyıq.
- Böhran səbəbindən «Citibank» da daxil olmaqla, bir çox banklar işçi personalını ixtisar edir. Sizdə ixtisarlar gözlənilirmi?
- Xeyr, qətiyyən! Biz heç kəsi ixtisar etməyi düşünmürük. Əksinə, işçilərimizin sayını artırmağı planlaşdırırıq. Qeyd etdiyim kimi, biz həm vertikal, həm də horizontal istiqamətdə böyüməyi düşünürük və bunun üçün gənc, iddialı, intellektli gənclərə ehtiyacımız var. Biz əməkdaşlarımızın peşəkar inkişaf proqramı üzərində çalışırıq və buna sərmayə yatırmağı düşünürük.
- Sizin fikrinizcə, böhran zamanı Azərbaycan hökuməti yerli sahibkarlara köməklik məqsədi ilə hansı islahatlar həyata keçirməlidir?
- Mənim fikrimcə, Milli Bank tərəfindən yerli banklara kifayət qədər dəstək olunur. Lakin yalnız banklara deyil, eyni zamanda digər sahələrdə bu kimi islahatların aparılmasını zəruri sayıram. Məsələn, Rusiyadakı ipoteka böhranı zamanı tikinti şirkətlərinə böyük təsir olmasın deyə, dövlət yarımçıq qalan mənzil tikintisini maliyyələşdirib və həmin mənzilləri sosial sahələrdə istifadə etməyi nəzərdə tutub. İpoteka sahəsindəki durğunluğun aradan qaldırılmasında İpoteka Fondundakı fəaliyyətin gücləndirilməsi, mənzil alıcılarına güzəştlərin verilməsi, misal üçün fərdi müştərilər üçün ipoteka kredit faizlərinin gəlir vergisindən azad edilməsi və sair bu kimi islahatlar mənim fikrimcə yerli sahibkarlara dəstək olacaq.
- Dünyanın ən nüfuzlu banklarından biri olan «Societe Generale» 46 Azərbaycan bankı arasında məhz «Bank of Azerbaijan»ın səhmlərini almaq istəyib. Siz isə, bildiyimiz qədər, bu əməkdaşlıqdan imtina etdiniz. Bunun səbəbi nə idi?
- Biz həqiqətən Fransanın «Societe Generale» bankı ilə «Bank of Azerbaijan»ın nizamnamə kapitalında iştirak payının alınmasına dair apardığımız danışıqları dayandırdıq. Dünyanın ən nüfuzlu banklarından biri olan «Societe Generale» «Bank of Azerbaijan»ın hazırkı maliyyə göstəricilərinin qənaətbəxşliyini və böyük inkişaf potensialını nəzərə alaraq, bizim bankda nəzarət səhm paketini almaq istəyib.
Biz isə Fransa bankını nizamnamə kapitalına strateji investor qismində cəlb etmək istəyirdik. Həmçinin, qlobal maliyyə böhranının bir çox beynəlxalq maliyyə institutlarına neqativ təsirini nəzərə alan «Bank of Azerbaijan»ın hazırkı səhmdarları 15 illik tarixə malik Azərbaycan bankını bu təsirlərdən qurtarmaq və bankın ayrıca yenidənqurma və inkişaf layihəsini başlamaq məqsədilə danışıqları dayandırıb.
Buna baxmayaraq, hazırda bir sıra digər xarici bank «Bank of Azerbaijan»ın nizamnamə kapitalında iştiraka maraq göstərir. Lakin biz gələn il ərzində ümumiyyətlə strateji investor cəlb etmək niyyətində deyilik.

Maliyyə
"Fitch": Azərbaycan iqtisadiyyatı 2026-cı ildə 2% artacaq
“Fitch”: Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 93 mlrd. dollara çatacaq
“Fitch” Azərbaycanın suveren kredit reytinqini “BBB-” səviyyəsində təsdiqləyib